"Neftçi"dən ŞİKAYƏT: "Ayxan kabusu bir bəla olub başımıza"

9 Oktyabr 2022 15:00 Neftçi 1 651
"Neftçi"dən ŞİKAYƏT: "Ayxan kabusu bir bəla olub başımıza"

«Neftçi» Premyer Liqanın ilk dövrəsini istədiyi kimi bitirə bilmədi.

Lorentsiu Regekamfın çalışdırdığı komanda dövrənin bağlanış turunda «Turan Tovuz»u üstələməyi bacarmadı.

Debütant ağıllı və mübariz oyunu ilə «ağ-qaralar»ı qələbədən məhrum etdi.

Təbii ki, bu, bakılı fanatlar üçün gözlənilməz oldu. Həmişə «Neftçi»ni dəstəkləyən azarkeşlər çempionluq yarışında alınan növbəti ağır zərbəni həzm eləmir. Onlar narazılığını bildirir, tənqidlərini yağdırırlar.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Klubun rəsmi «feysbuk» səhifəsindjə bununla bağlı çoxsaylı rəylərə rast gəlməkdəyik. Tərəfdarların bir çoxu Ayxan Abbasov faktoruna diqqət ayırıb.

Qeyd ediblər ki, o, vaxtilə «Zirə» və «Sumqayıt»ı çalışdırdığı dönəmlərdə də «Neftçi»ni dəfələrlə büdrədib, bir növ kabusa dönüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti