Regekampf "Neftçi"dən ayrılıb, bu klubla müqavilə imzalayacaq? - GÜNDƏM

8 Oktyabr 2022 17:20 Neftçi 1 923
Regekampf "Neftçi"dən ayrılıb, bu klubla müqavilə imzalayacaq? - GÜNDƏM

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyada "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir.

Sportinfo.az "prosport.ro" saytına istinadən xəbər verir ki, klubun prezidenti Cici Bekali 47 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.

Funksionerin siyahısında, ümumilikdə 4 baş məşqçinin adı var. Lakin Regekampfın "Styaua"ya rəhbərlik etmə şansı çox aşağı qiymətləndirilir.

Yerli mətbuat hesab edir ki, "Neftçi" ilə 2 illik müqaviləsi olan rumıniyalı mütəxəssis Azərbaycanda yaxşı məvacib alır.

2012 - 2014 və 2015 - 2017-ci illərdə "Styaua"nın sükanı arxasında olmuş Laurentsiu Regekampf bir müddət öncə mətbuata açıqlamasında bu komanda ilə danışıq aparmadığını bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?