“Neftçi”liyə 3 gün vaxt lazımdır: “Düşünürəm ki...”

8 Oktyabr 2022 16:40 Neftçi 903
“Neftçi”liyə 3 gün vaxt lazımdır: “Düşünürəm ki...”

“İki həftədir məşqlərə başlamışam. Hələ ki, müəyyən limitli hərəkətləri yerinə yetirirəm”.

“Neftçi”nin zədəli müdafiəçisi Azər Salahlı Sportinfo.az-a açıqlamasında əməliyyatdan sonrakı durumuna aydınlıq gətirib.

Xeyli vaxtdır yaşıl meydanlardan uzaq düşən milli üzvü yaxın günlərdə yaşıl meydanlara dönüşünü mümkünsüz sayır.

Yenidən əvvəlki gücünü bərpa etməsi və əsas heyətdəki yerini qaytarması üçün Salahlıya zaman lazımdır:

“Əməliyyatdan sonra istədiyim formada, tam gücümlə məşq edə bilmirəm. 3 gündən sonra növbəti dəfə həmin müayinəsindən keçəcəm.

Həmin müayinədən sonra hansı tarixdə tam gücümlə məşq etməyə başlamağım bilinəcək. Hazırda komanda məşqlərindən uzağam, yalnız fərdli çalışmalarla kifayətlənirəm.

Dediyim kimi, müayinədən sonra fiziki hərəkətləri yerinə yetirmək mümkün olacaq. Düşünürəm ki, təxminən bir həftədən sonra komandanın məşqlərində iştirak edərəm”.

Azər Salahlı avqustun 11-də Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutan “Rapid” – “Neftçi” (2:0) oyununda zədələnmiş, avqustun 16-da əməliyyat olunmuşdu.

Təcrübəli müdafiəçinin yaşıl meydanlardan təxminən 3 ay uzaq qalacağı bildirilmişdi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?