Sayef Regekampfın hansı qərarından narazı qalıb?

7 Oktyabr 2022 14:00 Neftçi 1 028
Sayef Regekampfın hansı qərarından narazı qalıb?

«Neftçi»nin yarımmüdafiəçisi Kenni Sayef baş məşqçi Lorentsiu Regekampfla mübahisə edib.

Hadisə «Qarabağ»la derbidən (1:3) sonra yaşanıb.

Belə ki, adıçəkilən legioner 64-cü dəqiqədə əvəzlənməsindən narazı qalıb və bunu rumıniyalı çalışdırıcının özünə bildirib.

Vaxtından əvvəl meydandan çıxarılmasının səbəbini soruşan «5 nömrə» Regekampfa düzgün qərar vermədiyini söyləyib. O, digər futbolçulardan daha yaxşı təsir bağışladığını və daim oynamaq istədiyini deyib.

29 yaşlı vinger son olaraq icarə əsasında "Aşdod"da (İsrail) çıxış edib.

Daha əvvəl Belçikada "Gent" və "Anderlext"in, həmçinin, ABŞ-da "Tsintsinnati" və Polşada "Lexiya" klubunun formasını geyinib. O, İsrail və ABŞ yığmalarının da şərəfini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?