Avqustda “Rapid” – “Neftçi” qarşılaşmasında (2:0) zədələnən Azər Salahlının müalicəsi hələ də davam edir.
Vyanada aldığı ağır zədəyə görə əməliyyat masasına uzanan sol cinah oyunçusu yaxın günlərdə kollektiv məşqlərə qoşulmalıdır.
Bərpa dövrü nəzərdə tutulan plana uyğun davam edərsə, Salahlı noyabrın əvvəlində komandasına kömək edə biləcək.
Maraqlıdır, “Neftçi”nin oyunlarını kənardan izləmək ona necə təsir edir? Komandasının cari mövsümdəki çıxışı haqda nə düşünür? “Ağ-qaralar” “Qarabağ”la oyunda niyə məğlub oldu?
Salahlı Sportinfo.az-a açıqlamasında sualları cavablandırıb: “Hər bir futbolçu meydanda olub komandasına kömək etmək istəyir.
Tribunada oturub çiyin-çiyinə oynadığın futbolçulardan ayrı qalmaq, meydanda onlara kömək edə bilməmək, komandanın çıxışına kənardan baxmaq çətindir.
Bu il Premyer Liqada çıxış etməmişəm, bütün oyunları kənardan izləmişəm. O ki qaldı . Get-gedə dana yaxşı olacağına inanıram".
HƏBİB

