"Neftçi"də GİZLİNLƏR ÜZƏ ÇIXIR – Fuibolçular deyir ki…

6 Oktyabr 2022 11:40 Neftçi 1 718
"Neftçi"də GİZLİNLƏR ÜZƏ ÇIXIR – Fuibolçular deyir ki…

Premyer Liqada ilk dövrəyə bu həftə yekun vurulacaq.

Gözlənildiyi kimi, birincilik uğrunda mübarizə əsasən 3 komanda arasında gedir.

Bir oyun az keçirən «Qarabağ» maksimum xal toplayıb və turnir cədvəlinin vahid lideridir.

«Sabah» 19 xalla ikinci sırada gəlir, ondan 1 xal az toplayan «Neftçi» isə üçüncü yerdədir. Onları müvafiq olaraq «Qəbələ» (15), «Zirə» (13) və «Turan Tovuz» (10 ) izləyir.

Çempionluq savaşında varlıq göstərənlərdən yalnız «Neftçi» müdafiə xəttinin etibarsızlığı ilə diqqət çəkir.

Lorentsiu Regekampfın komandası 8 tur boyunca qapısında 9 qol görüb. Üstəlik, «ağ-qaralar» əsas rəqiblərinə uduzub.

O da maraqlıdır ki, bakılılar həm «Sabah», həm də «Qarabağ»la oyunlarda hesabı açan tərəf olsa da, ikinci hissədə buraxdığı qolları meydanı başıaşağı tərk edib.

Bu, ötən iki mövsümdən - Samir Abasovun vaxtından qalmış problemlərin həll olunmaması deməkdir. Doğrudur, Zaur Əzizov son 10 ayda xeyli transfer edib, müdafiə xəttinə Solomon Kvirkveliyanı alıb.

Gürcüstan yığmasının üzvü meydanda nəhəng görünsə də, faydalı iş əmsalı aşağıdır və bu mənada, baş məşqçinin ona daha əsas heyətdə davamlı şans verməməsi təsadüfi deyil.

«Qarabağ» və «Sabah»la qarşılaşmalar 6 xallıq oyunlar olaraq qiymətləndirilməlidir. İddiasızları üstələmək qəhrəmanlıq sayılmır, əsas odur, öz babında olanlara gücünü göstərəsən.

Ancaq biz görürük ki, belə əhəmiyyətli matçlarda «Neftçi»nin aparıcı fiqurantları kölgəyə çəkilir, yoldaşlarını irəli aparmır. Qotsvey Donyo, Yusuf Laval, Kenni Sayef və Emin Mahmudov məsuliyyəti üzərinə götürə bilmir və ya götürmək istəmir.

Sanki onlara nəsə olub. Nədənsə narazıdırlar. Donyo özünü zədədən qorumaq fikriylə meydana ayaq basır.

Sayef «Rapid»lə Vyanadakı matçda qaçırdığı qol epizodlarının mənfi təsirini üzərindən atmayıb, bu gün də həmin gecənin şokunu yaşayır.

Laval müqavilə müddətini artırmaq niyyətində deyil və çemodan əhval-ruhiyyəsindədir. Mahmudov isə fərqləndiyi epizodlarda sevincini bölüşmür.

Bütün bunlar təxmin etməyə əsas verir ki, Regekampfla futbolçular arasında bir sürü problemlər mövcuddur. Özlərini «futbol bilicisi» sayan bəziləri kimi, düşünmürük ki, qeyri-sabitliyin kökündə fiziki hazırlığın aşağı olması dayanır.

Təəssüf ki, son vaxtlar düşərgədən bir xeyli neqativ xəbərlər alırıq. Redaksiyamıza məlumat verən dostlar iddia edir ki, baş məşqçinin şəxsi həyatında yaşadığı qalmaqallar, bununla bağlı mediada yayılan görüntülər onu oyunçuların gözündən salıb.

Daha əvvəlkitək ondan çəkinmir, narazılıqlarını birbaşa üzünə söyləyirlər. Eddi İsrafilovdan savayı, liderlərin heç biri rumıniyalı çalışdırıcı ilə üz-göz olmaqdan çəkinmir.

Fakt da budur ki, təcrübəli futbolçulardan yalnız Eddi rəqiblərə fərq qoymur, sabit çıxış edir, meydanda ürəklə mübarizə aparır.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti