“Neftçi” camiəsindən “Qarabağ”a növbəti ATMACA

3 Oktyabr 2022 20:40 Neftçi 1 514
“Neftçi” camiəsindən “Qarabağ”a növbəti ATMACA

“Qarabağ” – “Neftçi” qarşılaşmasında (3:1) “Forza Neftçi” təxminən 500 nəfərlik “ordu” ilə qonaq komandanı dəstəkləsə də, məşqçi və futbolçu heyəti tribunalarda əsər yaradanları sevindirə bilmədi.

“Forzalılar” bu dəfə də öz ampluasında idi. 90 dəqiqə dayanmadan sevimli komandalarına dəstək verdi, ara-sıra rəqibin “bostanına daş atmaqla” mübarizəni qızışdırdı.

Hələ oyundan əvvəl azarkeş qrupu “feysbuk” səhifəsində “Qarabağ”ı Bakı təmsilçisi kimi təqdim etməklə əzəli və prinsipial rəqibinə “ilişməyə” imkan tapmışdı.

Qeydə alınan məğlubiyyət belə, onları həvəsdən salmayıb.

“Forza Neftçi” 90 dəqiqə başa çatandan sonra rəqib fanatlara atmaca atıb. Bu dəfə sosial şəbəkədə hesabında “Azərsun Arena”nın tribunasından foto paylaşaraq növbəti paylaşım diqqət çəkib:

“Azərsun” məktəbdir, dərs keçirik biz”.

Maraq üçün bildirək ki, “Forza Neftçi”ylə “İmarət” ölkədə ən öndə gedən azarkeş qrupları hesab olunur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"