“Neftçi”nin baş məşqçisi daha bir futbolçudan rəhbərliyə ŞİKAYƏTLƏNDİ

3 Oktyabr 2022 16:00 Neftçi 2 767
“Neftçi”nin baş məşqçisi daha bir futbolçudan rəhbərliyə ŞİKAYƏTLƏNDİ

“Neftçi”nin baş məşqçisi Lorentsiu Regekampf Mert Çelikdən sonra daha bir futbolçu ilə problem yaşayır.

Rumıniyalı çalışdırıcı klub rəhbərliyi tərəfindən transfer olunan Solomon Kverkveliyanı “qara siyahı”ya daxil edib.

Gürcüstan yığmasının da formasını geyinən müdafiəçinin hazırlıq səviyyəsi mütəxəssisi qətiyyən qane etmir.

O. yayda 2 illik müqaviləyə imza atan arxa xətt oyunçusunun taktiki sxeminə uyğun gəlməməsi haqda raport verib.

Regekampf Kverkveliyanı Premyer Liqanın 3-cü turundan bəri “qaralayıb”. Həmin tur “Sabah”ın qonağı olan “ağ-qaralar” Masazırdan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Rumın bir penaltiyə səbəbkar olan gürcüyə ilk narazılığını məhz onda bildirib. Son 3 turda isə ona davamlı şans tanımayıb. 8-ci tura təsadüf edən “Qarabağ”la derbidə (1:3) isə o, yalnız 79-cu dəqiqədə meydana çıxıb.

Ev sahiblərinin hesab arasındakı fərqi artırmasından narahat olan baş məşqçi Solomonu məcburiyyətdən oyuna daxil edib.

Düzdür, Regekampf mətbuat konfransında Kverkveliyaya az müddəıt verməsinin səbəbini onun yığmanın düşərgəsindən 3 gün öncə gəlməsi ilə əlaqələndirib, lakin bu, sadəcə, əsl həqiqəti ictimaiyyətdən gizlətmək məqsədi daşıyır.

Bunu da normal qarşılamaq lazımdır. Mövsüm hələ yeni başlayıb, marafon qabaqdadır, o, deməyəcək ki, mən filan-filan futbolçulıarın burada qalmasının əleyhinəyəm.

Vaxtı var onun da. O gün də hələ bu gün deyil.

Ümumiyyətlə, Regekampf hesab edir ki, müdafiə xəttinin mənsubları arasında yalnız Vojislav Stankoviç “Neftçi”yə yararlıdır.

O, seneqallı Mamadu Mbodj haqda da bir elə pozitiv fikirdə deyil. Çalışdırıcı arxa zonanın yeni legionerlər hesabına gücləndirilməsinin vacibliyi barədə rəsmilərə öz fikirlərini söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti