"Neftçi"nin futbolçusu: "Mən fərqli görə bilərəm, bəlkə də siz fərqli görürsüz"

3 Oktyabr 2022 01:00 Neftçi 426
"Neftçi"nin futbolçusu: "Mən fərqli görə bilərəm, bəlkə də siz fərqli görürsüz"

"İlk hissədə daha çox qol vura bilərdik, amma bunu bacara bilmədik. Rəqib layiqli qələbə qazandı".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Eddi İsrafilov səfərdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqlar Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi matçın 90 dəqiqə oynanıldığını bildirib:

"Təəssüf ki, məğlub olduq. Rəqib oyuna köklənmişdi. Sonadək mübarizə aparıb 3 qol vurdular və qələbə qazandılar.

Rəqibi təbrik edirəm, yaxşı heyətə malikdirlər. Keyfiyyətli oyunçuları var".

O, komandada yorğunluq olması ilə bağlı suala belə cavab verib:

"Mən oyunun içindəyəm. Siz kənardan müşahidə edirsiniz. Mən fərqli görə bilərəm, bəlkə də siz fərqli görürsünüz".

İsrafillov bu məğlubiyyət komandanı ruhdan salmayacağını söyləyib:

"Hələ çempionatın başlanğıcıdır. Qarşıda bizi çox matç gözləyir. Çempionat bir oyundan ibarət deyil.

Çalışıb hər oyunda qələbə qazanacağıq. Çempionun kimliyi sonda məlum olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!