"Düzü, Regekamfın "Neftçi"dən ora gedəcəyi mənə inandırıcı gəlmir" - VİDEO

2 Oktyabr 2022 22:20 Neftçi 580
"Düzü, Regekamfın "Neftçi"dən ora gedəcəyi mənə inandırıcı gəlmir" - VİDEO

“Bununla bağlı mətbuatda, sosial şəbəkələrdə yazılanlardan məlumatlıyam.

Əslində, bunlar xoşagələn hallar deyil“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millimizin sabiq müdafiəçisi Aslan Kərimov deyib.

“Neftçi”nin baş məşqçi Laurentsiu Regekampfın ölkəsində başına gələn qalmaqal mətbuatın əsas gündəm mövzusu oldu.

O, məhkəmə çəkişməsində olduğu həyat yoldaşı Ana Maria Prodanla aralarında yaranan problemə görə polisə düşüb. Prodanın evinə gedərək, xanımı döyüb, söyüb, onu və oğlunu ölümlə hədələyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, “Neftçi”nin baş məşqçisinə məişət zorakılığı ilə bağlı cinayət işi açılıb.

Qalmaqal saat 19:00 radələrində vaxtilə cütlüyün birlikdə yaşadığı Snaqovdakı mənzildə baş verib. Fiziki təzyiqə məruz qalmış Anamariya Prodan yerli mətbuata açıqlamasında hadisə ilə bağlı danışıb:

“O, uşağını görmək hüququndan istifadə etmək adı ilə gələrək heç kimin icazəsi olmadan evə daxil oldu və oğlumu təhqir etməyə başladı. Oğlumu söydü, sonra da bizi ölümlə hədələdi.

Sonra mənə keçdi. Məni boynumdan tutaraq sürüdü, vurdu, yanımdakı sürücü dostuma yumruq atdı, maşının üstünə tullanaraq söyməkdə davam etdi.

Bəsdir artıq! Baxın, telefonum nə vəziyyətdədir, sındırıb yararsız hala salıb”.

Hadisə yerindən çağırış alan polis çox keçmədən Regekampf və olay zamanı zərərçəkmiş sürücünü yaxınlıqdakı idarəyə aparıb.

“Neftçi”nin baş məşqçisi olayla bağlı açıqlama verməkdən boyun qaçırıb. 5 saat polis bölməsində qalan Laurentsiu cərimə olunduqdan sonra sərbəst buraxılıb.

Prodan isə yenidən Reghekampfdan uşaqlarını döydüyü iddiası ilə şikayət verib.

Regekampfla Anamariya Prodan uzun illər evli olub. Birgə nigahdan 14 yaşlı oğlan övladlarının olmasına baxmayaraq, cütlük hələ də rəsmi boşanmayıb.

Rumın məşqçi isə hazırda Koriana Kasius adlı qadınla münasibətdədir və bir övladı var.

Belə bir vaxtda bəzi saytlar Regekamfpın Rumniıa yığmasını çalışdırmağa namizəd olmapsına dair xəbərləri dövriyyəyə buraxıb.

Kərimov isə onun “Neftçi“dən ayrılacağına və bu təyinatın gerçəkləşməsinə ananmır: “Sözsüz ki, ba hadisələr baş məşqçinin psixoloji durumuna təsir edə bilər.

Amma hesab edirəm ki, o qədər də böyük təsir etməz. Çünki özü də çox təcrübəlidir. Müsəlman ölkələrində işləyib və mentalitetə bələddir.

Amma milli komandaya dəvət alması isə hansısa jurnalistin fərdi yanaşması da ola bilər. Düzü, onun Rumıniya millisinə götürüləcəyi mənə inandırıcı gəlmir”.

Qalmaqallı videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!