“Forza Neftçi”dən “Qarabağ”a ATMACA - FOTOFAKT

1 Oktyabr 2022 16:00 Neftçi 1 796
“Forza Neftçi”dən “Qarabağ”a ATMACA - FOTOFAKT

“Forza Neftçi” bu gün Premyer Liqanın 8-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasına hazırlaşır.

Artıq azarkeş qrupunun “feysbuk” səhifəsində şənbə günü baş tutacaq oyunla bağlı elan yerləşdirilib.

Elanda komandanı dəstəkləmək istəyən fanatların 15:30-16:30 aralığında “Ulduz” metrostansiyasının yaxınlığında toplaşmasının vacibliyi qeyd olunub, Suraxanıya gediş-gəliş haqqının 2 manat təşkil etdiyi diqqətə çatdırılıb.

Elə həmin paylaşımda “Forza Neftçi” “vurduğu qolla” “Neftçi”ni oyunun ilk dəqiqələrində “Qarabağ” qarşısında 1:0 hesabı ilə önə keçirib.

Belə ki, paylaşımda rəqib komanda “Qarabağ” Ağdam yox, Bakı təmsilçisi kimi təqdim olunub. Bu isə komandanın rəqiblərini illərdir paytaxtdakı stadionlarda qəbul etməsinə atmacadır.

Prinsipial duel öncəsi “İmarət”in “forzalılar”a necə cavab verəcəyini səbrsizliklə gözləməyə dəyər.

“Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” görüşü saat 18:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"