UEFA "Neftçi"yə 650 min avro ödəniş etdi

30 Sentyabr 2022 17:20 Neftçi 812
UEFA "Neftçi"yə 650 min avro ödəniş etdi

UEFA "Neftçi"yə ödəniş edib.

Sportinfo.az xəbər verir ki, Avropa futbol qurumu UEFA Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə "ağ-qaralar"a 650 000 avro vəsait ayırıb.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

"Neftçi" Konfrans Liqasına I təsnifat mərhələsindən başlayıb. İlk raundda Kipr "Aris"ini keçən paytaxt təmsilçisi II mərhələdə Avstriyadan "Rapid"ə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?