"Neftçi"ni çalışdıran: "Qarabağ"a qarşı sürpriz hazırlamalıyıq"

30 Sentyabr 2022 01:00 Neftçi 588
"Neftçi"ni çalışdıran: "Qarabağ"a qarşı sürpriz hazırlamalıyıq"

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Neftçi TV"yə danışıb.

Sportinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis komandasının hazırlığından və Premyer Liqanın 8-ci turununun "Qarabağ"la görüşü haqda açıqlama verib.

- Hazırlıqlar necə gedir?
- Bu müddətdə bütün oyunçularla birlikdə ola bilmədik. Vato Arveladza 100 faiz hazır deyil, Solomon Kvirkveliya Bakıya bu gün qayıdıb. Emin Mahmudov, Eddi İsrailov da millinin düşərgəsindən qayıtdıqdan sonra məşq etməyiblər, komandaya bu gün qoşulublar. Fasilədən istifadə edərək zədəli oyunçular bərpa edildi, çatışmazlıqları aradan qaldırmağa çalışdıq. Nəzərdə tutulmuşdu ki, bu gün bütün oyunçularla məşq edək. Belə olmadı, sabahdan hamı ilə birlikdə məşqə çıxacaq.

- "Qarabağ"la görüş haqda fikriniz necədi?
- Oyun barədə çox inamlıyam. Futbolçularımı hazırlamaq üçün xüsusi nəyəsə ehtiyac duymuram. “Qarabağ”a qarşı oynayırıq. Motivasiya elə oyunun daxilindədi. Hamı oyuna hazırdı və düşünürəm ki, yaxşı matç olacaq.

- İki ildir ki, milli komandanın oyunlarına görə verilən fasilədən qayıtdıqdan sonra "Neftçi"nin oyununda problem yaşanır. Bunu aradan qaldıra biləcəksiz?
- Heyətində milli oyunçuları olan komandaların hamısı bu cür problemlə qarşılaşır. Yaxşı ki, fasilədən sonra ilk oyunumuz “Qarabağ”a qarşıdı. Çünki hər iki komanda motivasiyalı olacaq, hər ikisi qalib gəlmək istəyəcək. Millidən qayıdan oyunçularla bağlı bu cür matçlarda problem olmamalıdı.

- "Qarabağ"a qarşı hansısa sürpriz hazırlamısız?
- Biz öz oyunumuza davam etməliyik. Doğrudu, nəsə hazırlamalıyıq. Çünki “Qarabağ” səviyyəli komandadı. Hələ iki gün vaxtımız var. Bu günlərdə futbolçularımız oyunun mahiyyətini dərk edib, daha da yaxşı hazırlaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti