“Neftçi” millinin hücumçusunun icarəyə verilməsini tələb etdi

29 Sentyabr 2022 14:00 Neftçi 2 472
“Neftçi” millinin hücumçusunun icarəyə verilməsini tələb etdi

“Neftçi” yayda transfer etdiyi Yeqor Boqomolski ilə yollarını ayıra bilər.

Lorentsiu Regekampf belaruslu hücumçunun qış fasiləsində icarəyə verilməsini istəyib.

Baş məşqçinin 22 yaşlı legionerdən gözünü çəkməsinin səbəbi onun şans qazandığı oyunlarda özünü zəif tərəfdən göstərməsidir.

Belarus yığmasının forvardı meydana çıxdığı qarşılaşmalarda fərqlənmək üçün bir neçə imkan əldə etsə də, heç birini dəyərləndirə bilməyib.

Son klubu "Minsk" olan Boqomolski ötən mövsüm Belarus çempionatında keçirdiyi 15 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə verib. Amma Azərbaycan Premyer Liqalasında hələ qol hesabını aça bilməyib.

Minsk «Dinamo»sunun yetirməsi Belarusun flaqman klubunun heyətində 7 dəfə meydan alıb. 2019-2020-ci illərdə Brest «Dinamo»sunda keçirib.

Növbəti 2 ili də «Rux»a sərf edib. 2021-ci ildə «Minsk»ə üz tutan forvard üst-üstə 43 oyuna çıxıb, 14 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"