"Neftçi"nin ürəyincə olan YENİ XƏBƏR – SON GƏLİŞMƏ

22 Sentyabr 2022 11:40 Neftçi 2 274
"Neftçi"nin ürəyincə olan YENİ XƏBƏR – SON GƏLİŞMƏ

"Neftçi"nin yarımmüdafiəçisi Azər Əliyev yaxın günlərdə Azərbaycan pasportu alacaq.

Bu barədə federasiyadan redaksiyamıza məlumat verilib.

Artıq bu istiqamətdə son sənədələşmə işləri aparılır.

Hətta futbolçunun Azərbaycan milli komandasının növbəti toplanışına çağırlacağı da gözlənilir.

Azər Əliyevin Rusiya "Ufa"sından ayrılıb "Neftçi"yə transfer olunmasından bir ilə yaxın vaxt keçir. Amma futbolçu hələ də Azərbaycan Premyer Liqasında əcnəbi statusu ilə çıxış edir.

Halbuki, klubun idman direktoru Zaur Əzizov transferin ilk günündəcə 27 yaşlı yarımmüdafiəçin yerli statusu ilə oynayacağını bildirmişdi.

Amma tərəflərdən heç birinin dolğun izah vermədiyi səbəblərdən dolayı məsələ 8 aydı uzanır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti