Abasovun “Neftçi”də görmək istəmədiyi hücumçuya 2 təklif

8 Dekabr 2021 13:00 Neftçi 3 320
Abasovun “Neftçi”də görmək istəmədiyi hücumçuya 2 təklif

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov yaxınlarda klubunu dəyişə bilər.

Paytaxt klubunda əsas heyətə düşməyə çətinlik çəkən forvard “Keşlə“ ilə yanaşı, “Sabah”ın transfer siyahısında yer alıb.

“Ağ-qaralar” yayda müqaviləsinin müddətini artırdığı Abbasovu icarəyə verməyə müsbət yanaşır.

O, Samir Abasovun “qara siyahı”sındadır. Baş məşqçinin düşərgədə görmək istəmədiyi 7-8 futbolçunun arasında Mirabdulla da yer alır.

Əslində, adıçəkilən hücumçu mövsümlərarası fasilədə “Neftçi”ni tərk etməli idi. Samir Abasov son ana kimi çalışdı ki, onun yerinə başqasını tapsın.

Sadəcə, həmin vaxt danışıqlar aparılan legionerlərin heç biri ilə anlaşmaq mümkün olmamışdı. Indi isə baş məşqçinin əlinin altında kifayət qədər ön xətt adamı var və Mirabdullanın olub-olmaması onun üçün maraqlı deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı