Zaur Qəhrmanov daha Samir Abasovu tənqid etməyəcək – BU SÖHBƏT VAR

1 Dekabr 2021 14:00 Neftçi 1 020
Zaur Qəhrmanov daha Samir Abasovu tənqid etməyəcək – BU SÖHBƏT VAR

"Neftçi"nin Müşahidə Şurasının aparıcı üzvü Zaur Qəhrmanov bundan sonra mediada və sosial şəbəkədə Samir Abasovla bağlı mənfi fikirlər bildirməyəcək.

Ən azı, yeni ilə kimi.

Məsələ ondadır ki, onun Azərbaycan Premyer Liqanın IX tur matçında "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra sosial şəbəkədə Samir Abasovu nəzərdə tutaraq, "O, maksimum Musiqili Komediya Teatrında səhnə quraşdıra bilər" şərhini yazması çox şişib və yuxarı dairələrin də diqqətini çəkib.

Və buna münasibət birmənalı olmayıb. Biri elə SOCAR-ın özündə.

Bir neçə ay öncə neft şirkətinin vitse-prezident postundan uzaqlaşdıırılan Tofiq Qəhrəmanovun oğlu olan Zaur bəy sosial şəbəkədə səsləndirdiyi fikirlərə görə, belə deyək, yüngülvari tənbeh və tənqidlə üzləşib.

Həmçinin ondan bu kimi məsələlərdə müşahidəçi mövqe sərgiləməsi istənilib. Qəhrəmanov deyib ki, yazdığı şərh onun azarkeş baxışıdır, başqa sözlə, "Neftçi"nin məğlubiyyətini həzm etməyən fanat olaraq hisslərini orada qələmə alıb.

Bununla belə, o, komndanın çıxışına münasibətini bildirərkən, hər şeyi nəzərə alacaq və daha ehtiyatlı olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"