“Şəmkir”i Şəmkirdə udduq, o, bizə qonaqlıq verdi” – Analoqu olmayan GÖZƏL XATİRƏ

14 Oktyabr 2021 17:40 Neftçi 1 402
“Şəmkir”i Şəmkirdə udduq, o, bizə qonaqlıq verdi” – Analoqu olmayan GÖZƏL XATİRƏ

1998-2000-ci illər aralığında “Neftçi”nin şərəfini qorumuş Leonid Kalfa maraqlı açıqlama ilə yadda qalıb.

Ukraynalı sabiq hücumçu Sportinfo.az-a açıqlamasında Azərbaycanda rastlaşdığı və hələ də unuda bilmədiyi xoş xatirəni nəql edib:

“Şəmkir”lə səfərdə olduqca vacib oyuna çıxırdıq. Hər iki tərəfə qələbə lazım idi. Qarşılaşma kifayət qədər maraqlı və gərgin keçmişdi.

Nəticədə qalib gələn tərəf biz olmuşduq. Hesab dəqiq yadımda deyil, amma udduğumuzu dəqiq xatırlayıram.

Oyundan sonra Şəmkirdə hansısa restorana getmişdik. Açığı, özümə də maraqlı gəlmişdi.

Çünki adətən, Tovuz, Gəncə, Şəmkir səfərlərindən qayıdanda avtobus yolda saxlayırdı, bəzən birbaşa Bakıya qayıdırdıq.

Nə isə, restorandakı yerimizi təzəcə tutmuşduq ki, masanın başında kök kişi göründü. “Şəmkir”in prezidenti imiş (Saşa ləqəbli Şahbaz Süleymanov – H.).

Nəsə dedi, hamı onu alqışladı və getdi. Sonra uşaqlar başa saldı ki, “Şəmkir”in prezidenti layiqli oyunla qalib gəldiyimizə görə sevindiyini deyərək, bizə qonaqlıq verib.

Möhtəşəm görüntü idi. Bəlkə də dünya futbolunda bu cür xoş hadisə olmayıb”.

Kalfa bəndənizdən Şahbaz Süleymanovun dünyasını dəyişdiyini eşidincə, məyus olur: “Görürsən, yaxşı insanlar aramızdan tez gedir”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!