Namiqin başına gələn hadisə – Nə vaxt "Neftçi"yə dönəcək?

22 İyul 2021 09:40 Neftçi 1 154
Namiqin başına gələn hadisə – Nə vaxt "Neftçi"yə dönəcək?

Yunanıstanda "Olimpiakos"la Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən "Neftçi"nin futbolçusu Namik Ələskərov minimum 1-1,5 ay yaşıl sahələrdən uzaq qalacaq.

İlkin həkim müayinəsi zədənin kifayət qədər ciddi olmasını göstərib.

26 yaşlı yarımmüdafiəçinin burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqları var: Ola bilsin ki, əməliyyata alınsn. Tibb işçiləri müalicə prosesinin 2-3 ayadək uzanmasını da istisna etmir.

Hər halda müalicənin gedişində bu suala aydınlıq gələcək. Namiq dönüşündən sonra bir müddət maska ilə meydana çıxmalı olacaq.

43-cü dəqiqədə rəqib futbolçu Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan Ələskərov görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti