Yığmamızın çalışdırıcısı: “Bundan xoşbəxt gün ola bilməz”

31 May 00:40 Milli komanda 695
Yığmamızın çalışdırıcısı: “Bundan xoşbəxt gün ola bilməz”

Minifutbol üzrə Azərbaycan millisi Monteneqronu 2:1 hesabıyla məğlub edərək, dünya çempionatının finalına yüksəlib.

Sportinfo.az xəbər verir ki, yığmamızın baş məşqçisi Elşad Quliyev oyundan sonra fikirlərini bildirib:

- Xalqımızı təbrik edirəm. Möhtəşəm qələbədir. Dünya çempionatının finalındayıq. Bilmirəm necə hisslərdir. Azarkeşlər bizə böyük dəstək oldular. Final oynayacağıq. Bundan xoşbəxt gün ola bilməz.

- Demək olar ki, finalda hansı rəqib olsa da, biz çempionuq?

- Bunu finaldan sonra danışarıq. Bu gün finala yüksəlməyin ləzzətini çıxarmaq lazımdır.

- Finaldakı potensial rəqiblərin oyununu izləyəcəksiz?

- Bəli. Ümidimiz, arzumuz dünya çempionu olmaqdır.

Digər Xəbərlər
Xəbər Lenti