Azərbaycan yığmasının yerli baş məşqçiyə tapşırılması - SOCAR ÖZ QƏRARINI VERDİ

14 Mart 2020 17:24 Milli komanda 1 885
Azərbaycan yığmasının yerli baş məşqçiyə tapşırılması - SOCAR ÖZ QƏRARINI VERDİ

Azərbaycan yığmasının yeni baş məşqçisi əcnəbi olacaq.

Sportinfo.az-ın AFFA-dan əldə etdiyi məlumata görə, SOCAR millinin sükanı arxasına xaricdən bir mütəxəssisin dəvət olunması fikri üzərində dayanıb.

Hərçənd son ana kimi belə bir düşüncə var idi ki, komanda yerli çalışdırıcılardan birinə tapşırılsın.

Bu variant federasiyanın özündə geniş müzakirə olunmuş, hətta icraçı vitse-prezident və baş katib Elxan Məmmədov tərəfindən müəyyən qədər dəstəklənmişdi.

Fəqət, bu dəfə onun da duruşu neft şirkətinin millinin gələcək planlarına dair baxışlarını dəyişməyib.

Martın 17-də AFFA İntizam Komitəsinin bir araya gəlməsi gözlənilir. Yanvarda hazırlanan 32 nəfərlik namizəd siyahısından hazırda 3-4 məşqçi qalıb.

Qurumun millilər üzrə məsul vitse-prezidenti Elşad Nəsirov Nikola Yurçeviçdən başalan postu İtaliyadan bir mütəxəssisin tutmasını istəyir.

Digər Xəbərlər
Xəbər Lenti