Ramil Şeydayevi göndərib, onu aldılar - RƏSMİ

26 Yanvar 2020 16:18 Milli komanda 1 768
Ramil Şeydayevi göndərib, onu aldılar - RƏSMİ

Qış fasiləsində Ramil Şeydayevlə yollarını ayıran "Dinamo" onun mövqeyinə yeni futbolçu transfer edib. Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi "Mlada Boleslav"dan Nikolay Komliçenkonu heyətinə qatıb.

24 yaşlı forvardla 4,5 illik müqavilə imzalanıb. "Dinamo" rusiyalı futbolçu üçün Çexiya klubuna 3,5 milyon avro ödəyib.

Çexiya çempionatının bombardiri olan Komliçenko mövsümün ilk yarısında 15 oyuna 10 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti