Millimizin yarımmüdafiəçisi: "Hamı bilir ki, əylənməyi sevirəm"

25 Yanvar 2020 13:01 Milli komanda 1 278
Millimizin yarımmüdafiəçisi: "Hamı bilir ki, əylənməyi sevirəm"

"Erzgebirge"nin yarımmüdafiəçisi Dmitri Nazarov yerli azarkeşlərlə münasibətindən danışıb.

Sportinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, millimizin üzvü Aueli fanatların hər zaman ona dəstək olduqlarını bildirib:

"Azarkeşlərin dəstəyini hiss edirəm və düşünürəm ki, bu, əladır. Hamı bilir ki, bütün oyunlarda var gücümü ortaya qoyuram. Fanatlar bunu qiymətləndirirlər. Hazırda yaxşı əhval-ruhiyyədəyəm, ümid edirəm ki, bunu mövsümün sonuna kimi saxlaya biləcəm".

Bu mövsüm 7 qol vuran Nazarov həm də zarafatcıl olduğunu bildirib. O, bir neçə gün öncə klubun sahibləri Helt Leonhardt və Yan Hohşaydt tərəfindən zarafatyana Atlantik okeanına atılmasına da münasibət bildirib: "Məni tanıyan hər kəs bilir ki, əylənməyi sevirəm. Hə, həmin gün bir az islandım və isti duşa girməli oldum, amma yaxşı idi. Gündə 2-3 dəfə əyləncəsiz məşq etmək çətindir".

Futbolçu mövsümün ikinci yarısına hazır olduqlarını söyləyib: "Artıq toplanışı başa vururuq və bütün qüvvəmizlə "Visbaden" qarşısına çıxacağıq".

Digər Xəbərlər
Xəbər Lenti