Üzüntü haqqımız - FOTOLAR

20 Noyabr 2019 09:28 Milli komanda 583
Üzüntü haqqımız - FOTOLAR

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində son oyununu keçirib. Sportinfo.az xəbər verir ki, Nikola Yurçeviçin baş məşqçi olduğu komanda Slovakiyanın qonağı olub.

Trnava şəhərindəki Anton Malatinski stadionunda təşkil olunan qarşılaşma yığmanızın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Slovakiya 16, Azərbaycan isə 4 dəfə qapıya zərbə endirib.

Ev sahiblərinin 8 zərbəsi qapıya istiqamətlənib və 2-si qolla nəticələnib. Slovakiyanın 3 zərbəsi qeyri-dəqiq alınıb. 5 zərbəyə isə blok qoyulub. Azərbaycanın 1 zərbəsi çərçivəyə ünvanlanıb, 3-ü isə qeyri-dəqiq alınıb.

Künc zərbələrində də meydan sahibləri üstün olub - 5:1. Topa yiyələnmə də Azərbaycan millisi rəqibindən geri qalıb: 39 faiz – 61 faiz. Slovakiyalı futbolçuların 674 ötürməsinin 607-si dəqiq alınıb (90 faiz). Azərbaycan millisinin üzvləri isə 372 ötürmənin 294-də dəqiq oynayıblar (79 faiz).

Digər Xəbərlər
Xəbər Lenti