
"Kəpəz"in keçmiş baş məşqçisi Yunis Hüseynovun yeni iş yeri müəyyənləşib. 54 yaşlı mütəxəssis bundan sonra AFFA-da çalışacaq.
Təyinatı ilə bağlı Sportinfo.az saytına açıqlama verən Hüseynov federasiyanın texniki departamentinin rəhbəri Bernhard Lippertlə birlikdə Azərbaycan futboluna xeyir verməyə çalışacağını deyib.
"Artıq dünəndən rəsmi fəaliyyətə başlamışam. Çox sağ olsun, Rövnəq müəllim, Elxan müəlilim, mənə etimad göstərdilər. Onların inamını artıqlaması ilə doğrultmaq üçün əlimdən gələni edəcəm. Bilirsiz ki, heç vaxt Azərbaycan milli komandasında işləməmişəm. Bu istiqamətdə ilk fəaliyyətim olacaq. İnşallah, bacardığım qədər faydalı olmağa çalışacam. Fəaliyyət çərçivəm əsas milliyə qədər olan yığmaları əhatə edəcək".