
“Hər iki görüş dünya çempionatının seçmə mərhələsindən öncə yaxşı dərs vəsaiti oldu”.
Sportinfo.az xəbər verir ki, bunu Macarıstan millisinin və “Liverpul”un futbolçusu Dominik Soboslai deyib.
24 yaşlı yarımmüdafiəçi yoxlama qarşılaşmasında Azərbaycan yığması üzərində 2:1 hesablı qələbədən sonra DÇ-2026-nın rəsmi oyunlarına yaxşı hazırlaşacaqlarını qeyd edib:
“Qısaca desək, bu iki oyunu belə qiymətləndirərdim.
Əsas dərs odur ki, bu gün bir daha sübut olundu: hansı komanda ilə oynamağımızdan asılı olmayaraq, milli səviyyəsində asan oyun olmur. Hətta favorit olsaq belə".