Mahir Emreli:  “Oyunu izləyənlər deməz ki...”

17 İyun 2025 01:50 Milli komanda 1 187
Mahir Emreli:  “Oyunu izləyənlər deməz ki...”

“Əgər sadəcə, kompüter qarşısında statistikaya baxsaq, hər şey fərqli görünə bilər”.

Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin hücumçusu Mahir Emreliyə aiddir.

Macarıstanla keçirilən yoxlama matçından danışan 27 yaşlı forvard 1:2 hesablı yenilgiyə baxmayaraq, sona qədər mübarizə apardıqlarını bildirib:

“Oyunu izləyənlər deməz ki, uşaqlar zəif çıxış etdilər. Əksinə, həm əsas heyətdə başlayanlar, həm də əvəzetmədən meydana daxil olanlar sona qədər döyüşdülər.

Sadəcə, qol və qələbə çatmadı. Görünən nəticə oyunun gedişatına uyğun deyildi”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur