UEFA qərar verdi - Azərbaycan millisi PSJ-nin “ev”inə ayaq basacaq

17 İyun 22:40 Milli komanda 155
UEFA qərar verdi - Azərbaycan millisi PSJ-nin “ev”inə ayaq basacaq

UEFA DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan matçının məkanını təsdiqləyib.

Sportinfo.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, oyun Parisdəki "Park de Prens" stadionunda keçiriləcək.

Bu arena 48 minə yaxın tamaşaçı tutumuna malikdir. Çempionlar Liqasının son qalibi PSJ ev oyunlarını məhz "Park de Prens"də keçirir.

Fransa - Azərbaycan oyunu oktyabrın 10-u, Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa, İslandiya və Ukrayna ilə birgə D qrupunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 18:10 Çək və bizə göndər!