“Mən bununla razı deyiləm, heç vaxt istəmərik ki...”

02:50 Milli komanda 193
“Mən bununla razı deyiləm, heç vaxt istəmərik ki...”

“Mən futbolçularda milli ruh yoxdur” fikri ilə razı deyiləm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Cəlal Hüseynov deyib.

22 yaşlı müdafiəçi son vaxtlar tez-tez səsləndirilən “millidə futbolçularda ruh yoxdur” fikrinə münasibət bildirib.

O, bu rəylə razı olmadığını söyləyib:

“Düzdür, kənardan elə görünə bilər, amma əslində belə deyil. Heç vaxt istəmərik ki, oyuna çıxıb məğlub olaq.

Bu, milli komandadır. Kim bura çağırılıbsa, bayraq, ölkə, himn naminə hər şeyini ortaya qoymalıdır.

Macarıstanla oyunda da göstərdik ki, son saniyəyə qədər mübarizə aparmaq gücündəyik. Bəzən isə sadəcə alınmır. Amma alınması üçün nə lazımdırsa, etməyə hazırıq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!