Azərbaycan, Qazaxıstan və Ermənistan - “Bu millilərlə də oynayacağıq”

29 İyun 2025 13:35 Milli komanda 3 156
Azərbaycan, Qazaxıstan və Ermənistan - “Bu millilərlə də oynayacağıq”

Azərbaycan komandası Rusiya yığması ilə yoldaşlıq oyunu keçirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov “sport24.ru” saytına müsahibəsində deyib.

O, Rusiyanın Belarusla iki yoxlama oyunu keçirdiyi halda, Azərbaycan, Qazaxıstan və Ermənistan kimi dost ölkələrlə qarşılaşmaması ilə bağlı sualı cavablayıb: “Bu millilərlə də oynayacağıq”.

Rusiya Ukraynaya hərbi təcavüz etdiyi üçün FIFA və UEFA bayraqları altında təşkil olunan bütün turnirlərdən kənarlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”