"Qarabağ"lı getdi, onu "Neftçi"nin oyunçusu əvəz etdi

19 İyun 2025 02:40 Milli komanda 1 331
"Qarabağ"lı getdi, onu "Neftçi"nin oyunçusu əvəz etdi

16 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının heyətində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Tunar Əsgərzadə zədə səbəbindən komandadan kənarda qalıb.

Onun əvəzinə “Neftçi”nin oyunçusu Fəqan Mustafayev düşərgəyə qoşulub.

U-16 Bakıda baş tutan təlim-məşq toplanışı çərçivəsində iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti