O, Azərbaycan millisini bu komandaya rəqib hesab etmir

22 İyun 01:50 Milli komanda 864
O, Azərbaycan millisini bu komandaya rəqib hesab etmir

Kiyev “Dinamo”sunun sabiq futbolçusu və məşqçisi Maksim Şatskix Ukrayna yığmasının DÇ-2026-nın seçmə mərhələsindəki şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, hazırda Özbəkistanda “Paxtakor” klubunu çalışdıran 46 yaşlı mütəxəssis ukraynalıların gənc futbolçulardan təşkil olunduğunu bildirib.

O, Azərbaycan millisini bu komandaya rəqib hesab etmir:

“Ukraynada indi nəsil dəyişikliyi prosesi gedir. Gənc oyunçulara zaman lazımdır.

Amma futbolda vaxt heç zaman yetmir. Yenə də düşünürəm ki, Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsini uğurla keçirəcək.

Düzdür, qrupumuzda Fransa yığması güclüdür. Amma İslandiya və Azərbaycan kimi rəqibləri məğlub etmək olar”.

Millimiz Ukrayna ilə oyunlarını sentyabrın 9-da evdə, oktyabrın 13-də isə səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!