Mahir Emreli dilxor oldu: “Bu, adamı məyus edir”

13:40 Milli komanda 335
Mahir Emreli dilxor oldu: “Bu, adamı məyus edir”

“Hamı əlindən gələni etdi.

Futbolçular bir-birini meydanda yaxşı anlaya bilirdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Mahir Emreli evdə Macarıstana 1:2 hesabıyla uduzduğumuz yoldaşlıq matçı haqda deyib.

Yığmamızın 28 yaşlı hücumçusu bəxtlərinin gətirmədiyini vurğulayıb:

“Belə oyunlarda uduzmaq, təbii ki, adamı məyus edir. Rəqib komandada 1-2 nəfər istisna olmaqla, digər futbolçuların fərqləndiyini görmədim.

Matç ərzində bir çox imkanlarımız oldu. Oyunun sonlarında hətta qapıçımız Rza Cəfərov da qola yaxın idi.

Bu qarşılaşma göstərdi ki, biz oyuna köklənəndə və diqqətimizi itirməyəndə çox şeyə nail ola bilərik. Təəssüf ki, buraxılan qollar diqqətsizlik nəticəsində baş verdi”.

Digər Xəbərlər
Xəbər Lenti