İspaniya klubunun futbolçusu Azərbaycan millisində

18 İyun 2025 08:50 Milli komanda 1 338
İspaniya klubunun futbolçusu Azərbaycan millisində

16 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının heyətinə yeni futbolçu cəlb edilib.

Sportinfo.az xəbər verir ki, İspaniyadan “Marcet”in yarımmüdafiəçisi Ranar Qazibəyov milliyə dəvət olunub.

U-16 iyunun 15-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv hazırlıq çərçivəsində iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti