Uzun fasilədən sonra yığmaya qayıtmaq arzusunun üstündən xətt çəkdi

29 İyun 2025 01:20 Milli komanda 1 301
Uzun fasilədən sonra yığmaya qayıtmaq arzusunun üstündən xətt çəkdi

Polşanın “Rakuv” klubunun yarımmüdafiəçisi Vladislav Koçerqin ciddi zədə alıb.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun dizində çarpaz bağ qopub.

Bu səbəbdən Koçerqin 2025-ci ilin sonuna qədər futbol oynaya bilməyəcək. Bu zədə “Dnepr”in yetirməsinin planlarını da pozub.

Çünki onun bu yay iddialı klublardan birinə transferi gözlənilirdi. Hətta Ukrayna millisinin məşqçilər korpusu da Koçerqini növbəti toplanışlara dəvət etməyi planlaşdırırdı.

Lakin zədə oyunçunun uzun fasilədən sonra yığmaya qayıtmaq arzusunun üstündən xətt çəkib. Bu isə o deməkdir ki, futbolçu sentyabrda Fransa və Azərbaycan millilərinə qarşı rəsmi matçda iştirak şansını itirib.

Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Fransa, 9-da isə Azərbaycan millisi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”