
U-16 milli komandasını kimin çalışdıracağı böyük ölçüdə dəqiqləşib.
Söhbət hazırda U-17 millimizin başında olan Aqil Nəbiyevdən gedir.
Bir neçə aydı U-16 yığmamızın baş məşqçi postu boşdur.
AFFA yaranmış boşluğu hər dəfə Nəbiyevlə doldurmağa çalışır.
3 aydan sonra start götürəcək MDB oyunlarında iştirak edəcək yığmanı son iki toplanışda məhz 42 yaşlı mütəxəssis bir araya gətirib.
Onun rəhbərliyi altında adıçəkilən millinin nəticələri və göstərilən oyun federasiya rəhbərliyini məmnun edib.
Belədə ən azı MDB oyunlarına kimi U-17 millimizlə bərabər U-16 komandasını da onun çalışdırması qərara alınıb.
XANOĞLAN / SPORTİNFO.AZ