Millimizin Ukrayna ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşdi

17:20 Milli komanda 163
Millimizin Ukrayna ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşdi

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Sportinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunun IV turunun matçı oktyabrın 13-də Polşanın Vrotslav şəhərindəki “Tarçinski Arena”da oynanılacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti