COP29

"Bir az narazılığımız var"

27 Fevral 08:50 Milli komanda 610
"Bir az narazılığımız var"

"Bütün oyunlarda uduzmağımızın səbəbi fiziki durum və təcrübəsizliklə bağlıdır".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnir barədə danışarkən deyib.

Mütəxəssis təşkilatçılığın yaxşı olduğunu bildirib:

"Bizim üçün böyük təcrübə idi. Uşaqlar belə yarışlara nə qədər çox qatılsalar, o qədər yaxşı inkişaf edərlər.

Yığma yeni qurulub, ilk beynəlxalq turnirimiz idi. Fiziki durumdan bir az narazılığımız var.

Belarus və Özbəkistanın U-18 milliləri burda çıxış edirdi. Buna baxmayaraq, uşaqlar istəkli idilər və döyüşürdülər.

Amma yenə vurğulamaq istəyirəm ki, fiziki durumları istədiyimiz səviyyədə deyil".

Baş məşqçi səhvləri düzəltməyə çalışacaqlarını söyləyib:

"Martın 8-də Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Bu turnir payızda start götürəcək.

Rəqiblərimizi gözləyəcəyik. Bu il İnkişaf turnirində iştirak da planlaşdırılır".

U-17 qrup mərhələsində Rusiyaya (0:1), Belarusa (0:2) və Özbəkistana (0:2) uduzub. Yığma 7-8-ci yerlər uğrunda matçda Tacikistana yenilərək yarışda sonuncu yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"