Azərbaycanda yeni yaradılan U-20 apreldə ilk dəfə bir araya gələcək.
Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.
Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, milli əsasən 2007-2009-cu il təvəllüdlü futbolçulardan formalaşdıracaq.
Bakıda yığışacaq kollektivin özəyini Premyer Liqa klublarında və Gənclər Liqasında mübarizə aparan komandaların oyunçuları təşkil edəcək.
Həmçinin Əvəzedicilər Liqasında forma geyinən 18-19 yaşlı gənclər bura cəlb olunacaq.
U-20-in ilk toplanışı tanışlıq və seleksiya xarakteri daşıyacaq. Komanda bir də iyunda toplanacaq. Planda bir neçə beynəlxalq turnirdə iştirak da var.
Bu milli 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında ölkəmizi təmsil edəcək.
AFFA Rui Jorgeni yığmanın başına gətirib.
Onun korpusunda 5 nəfər yer alacaq. Portuqaliyalı köməkçilərdən dördünü özüylə gətirəcək. Digər yardımçı isə yerli olacaq.
AFFA portuqaliyalı mütəxəssisin təyinatını roəsmən açıqlasa da, müqavilənin müddəti və maliyyə anlaşmasının şərtləri barədə informasiyanı özündə saxlayıb.
Biz bu yöndə bəzi bilgiləri öyrənməyə çalışmışıq. Satımıza məlum olub ki, Rui Jorje ilə bağlanan kontraktın müddəti 1,5 ildir.
O, apreldə işinin icrasına başlayacaq və 2027-cı ilin avqustun sonunadək burada fəaliyyət göstərəcək.
Avropalı çalışdırıcı ölkəmtzdə keçirəcəyi hər aya görə 100 min manat qazanacaq.
Rui Jorge məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib,
2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub. 2010-cu ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorge 15 il bu komandanı çalışdırıb.
Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb.
Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.
SPORTİNFO.AZ

