Baş məşqçisi Mahir Emreliyə görə Ayxan Abasovdan xahiş etdi ki...

19:00 Milli komanda 229
Baş məşqçisi Mahir Emreliyə görə Ayxan Abasovdan xahiş etdi ki...

Bu ay Azərbaycanda “FIFA Series - 2026” beynəlxalq turniri keçiriləcək.

Millimizlə yanaşı, Syerra-Leone, Oman və Sent Lusiya komandalarının iştirak edəcəyi yarışda ilk oyunlar martın 27-də keçiriləcək.

Millimiz turnirə ciddi itki ilə qoşulmalı olacaq.

"Kayzerslautern"in hücumçusu Mahir Emreli yığmaya kömək edə bilməyəcək.

28 yaşlı forvard 3 aylıq zədədən sonra ötən ay məşqlərə qoşulub.

Baş məşqçi Karsten Rump tədricən forma yığan Emrelinin sərəncamında qalmasını istəyib.

Əcnəbi mütəxəssisin xahişini nəzərə alan Ayxan Abbasov Mahirin klubda işinə davam etməsinə şərait yaradıb.

Abbasov güzəştə getməsində təbii ki, qarşıdakı görüşlərin sınaq xarakterli olması əsas faktordur.

O, rəsmi oyunlar öncəsi daha çox gəncləri və yeni simaları sınamağı planlaşdırır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti