"Onun Azərbaycan millisinə gətirilməsi gələcəyə hesablanmış addımdır"

08:50 Milli komanda 157
"Onun Azərbaycan millisinə gətirilməsi gələcəyə hesablanmış addımdır"

Ruy Jorjenin Azərbaycan millisinə gətirilməsi gələcəyə hesablanmış addımdır.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

O, Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi postuna Ruy Jorjenin gətirilməsi barədə danışıb:

"Bir komandada hər hansı bir dəyişiklik edilirsə, deməli, gələcək barədə müsbət fikirlər var. Düşünürəm ki, AFFA rəhbərliyi dünya çempionatına ciddi hazırlaşır və Ruy Jorjenin təyinatı gələcəyə hesablanmış addımdır.

Rəhbərlik milli komandanın uğur qazanması üçün çalışır. Əslində belə götürsək, mundiala elə də çox vaxt qalmayıb. Lakin maksimum diqqətli olmaq və seçimlər zamanı yanılmamaq lazımdır.

İnanırıq ki, ilk dəfə Azərbaycanda təşkil olunacaq dünya çempionatında yığmamız azarkeşləri önündə uğurlu nəticələr qazanacaq. Hər birimiz millini sona qədər dəstəkləməliyik".

Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında çıxış edəcək. AFFA bir neçə gün əvvəl U-20 millisinin baş məşqçi vəzifəsinə portuqaliyalı mütəxəssis Ruy Jorjenin təyin olunduğunu açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti