Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FİFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.
Bu istiqamətdə işlərə start verilib.
Bildiyiniz kimi, Ruy Jorje yeni yaradılacaq millinin baş məşqçisi təyin olunub.
Əcnəbi planı bununla bitmir.
Əldə etdiyimiz məlumata görə, heyətdə də legionerlər yer alacaq.
Belə ki, Avropada yaşayan 7-8 gənc qısa müddətdə milliləşdiriləcək.
Məsələn, Elyas Bagci kimi.
17 yaşlı yarımmüdafiəçi "Herta"ın U-19 komandasında çıxış edir.
Türkiyəli futbolçu bir müddət əvvəl U-21 millimizin təlim-məşq toplanışına dəvət almışdı.
Cəlb ediləcək digər oyunçular da daha çox Almaniya klublarının akademiyalarından olacaq.
İlkin siyahı var. Qalır seçimləri aparıb, sənəd məsələlərini həll etmək.
XANOĞLAN / SPORTİNFO.AZ

