Azərbaycan millisində yeni oyunçular - ONLAR GƏLİR...

14:40 Milli komanda 283
Azərbaycan millisində yeni oyunçular - ONLAR GƏLİR...

Bu ay Azərbaycanda “FIFA Series - 2026” beynəlxalq turniri keçiriləcək.

Millimizlə yanaşı, Syerra-Leone, Oman və Sent Lusiya komandalarının iştirak edəcəyi yarışda ilk oyunlar martın 27-də keçiriləcək.

İlk günün qalibləri martın 30-da finalda, məğlubları isə üçüncü yer uğrunda görüşdə qarşılaşacaq.

Ümumiyyətlə, mart və aprel aylarında beynəlxalq pəncərədə keçiriləcək turnir 8 fərqli ölkədə təşkil olunacaq. 36 komanda 9 qrupda mübarizə aparacaq.

Azərbaycan, Avstraliya, İndoneziya, Qazaxıstan, Mavriki, Puerto-Riko, Ruanda və Özbəkistanın ev sahibliyi edəcəyi “FIFA Series”in formatı təsdiqlənib.

Turnir çərçivəsində hər ölkədə 3 oyun baş tutacaq.

Yarışdın mükafat fondu olmayacaq. Çünki yarış milli komandaların FIFA pəncərəsi çərçivəsində yoldaşlıq görüşlərini əvəz edəcək.

Bu yarışda bir neçə oyunçu ilk dəfə yığmamızın düşərgəsinə çağırılacaq. Baş məşqçi Ayxan Abbasov əsasən gənclərə üstünlük vermək niyyətindədir.

Onların arasında U-21-in bəzi üzvlərini də görə biləcəyik. Təcrübəli mütəxəssisin məqsədi “FIFA Series - 2026”da yaxşı mənada seçiləcək cavanları

Millətlər Liqasına hazırlamaqdır. Kimlər etimadı doğruldacaqsa, sentyabrda start götürəcək liqada da şans verəcək.

D Liqasının 2-ci qrupunda yer alan kollektiv ilk matçını Bakıda Litvaya qarşı keçirəcək. Yığmamızın son qarşılaşması isə səfərdə Lixtenşteynlə olacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti