Azərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuş karyerasını bərpa etmək istəyir.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis həm futbolçu, həm də məşqçi kimi ilk klubu olan “Eştoril”in təşkil etdiyi tədbirdəki çıxışında bunu açıqlayıb.
O, 71 yaşı olmasına baxmayaraq, özünü hansısa klubda fəaliyyət göstərməyə hazır hesab edib:
“Aktiv futbol insanı gümrah saxlayır. Futbolda baş verən yeniliklərlə müntəzəm tanış oluram və hələ də öyrənməyə çalışıram.
Yenidən baş məşqçi kimi texniki zonadakı yerimi almaq istəyirəm. Bir neçə variant var və bununla bağlı ilkin təmaslar olub.
Ambisiyalı bir klubda çalışmaq istərdim”.
Santuş son olaraq 2024-cü ilin yayından 2025-ci ilin sentyabrına qədər Azərbaycan millisini çalışdırıb.

