“Azərbaycanla oyunda “dişsiz” göründük, onlara hücum etmək şansı verməsək də...”

01:00 Milli komanda 75
“Azərbaycanla oyunda “dişsiz” göründük, onlara hücum etmək şansı verməsək də...”

Şimali İrlandiyanın U-19 millisinin baş məşqçisi Qaret Makauli Avropa çempionatının seçmə mərhələsində keçirdikləri oyunları dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis 13-cü qrupdakı görüşləri müqayisə edib.

Onun fikrincə, Azərbaycan yığması ilə oyun onlar üçün daha rahat keçib:

“Seçmə mərhələ bizim üçün unikal alındı. Keçirdiyimiz üç oyunun heç biri digərinə bənzəmədi.

İlk iki matçda Malta və Azərbaycan üzərində 1 qollu qələbə qazandıq. Müqayisə etsək, maltalılar bizə daha çox problem yaşatdılar.

Onların da qol vurmaq imkanları oldu. Azərbaycanla görüşdə isə hücum xəttində “dişsiz” göründük.

Rəqibə hücum etmək şansı verməsək də, özümüz ön xətdə istədiyimiz kimi oynaya bilmədik. Çexiyaya məğlub olduğumuz (0:4) son qarşılaşmada isə rəqib bizdən çox üstün görünürdü.

Bütün bunlara baxmayaraq, elit raunda vəsiqə qazandığımız üçün çox sevincliyik. Bunun davamını gətirmək istəyirik”.

Çexiya və Şimali İrlandiya ilk iki pillənin sahibi kimi elit raunda yüksəliblər. Millimiz isə 3 xalla üçüncü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!