Millimiz bu gün AÇ-nın seçmə mərhələsində mübarizəyə başlayır - Sloveniya ilə

25 Noyabr 2025 11:00 Milli komanda 1 002
Millimiz bu gün AÇ-nın seçmə mərhələsində mübarizəyə başlayır - Sloveniya ilə

Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq.

Sportinfo.az xəbər verir ki, yığmamız Sloveniya ilə üz-üzə gələcək.

Görüş Şimali Makedoniyanın Strumitsa şəhərindəki Kukuş stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

B Liqasının 5-ci qrupunda yer alan Azərbaycan millisi növbəti matçını noyabrın 28-də Şimali Makedoniyaya qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti