İlkin Fikrətoğlu - Deyin, bizim komandaya Santuş faydalıdır, yoxsa Ao?

24 Noyabr 2025 11:40 Milli komanda 1 425
İlkin Fikrətoğlu - Deyin, bizim komandaya Santuş faydalıdır, yoxsa Ao?

“Ayxan Abbasov əlindəki heyətlə nə etmək olardısa, onu da etdi”.

Bu fikirlər “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.

Tanınmış telejurnalist DÇ-2026-nın seçmə mərhələsinin yekunlarına dair rəyini açıqlayıb. O, D qrupunda mübarizə aparan və 1 xal toplayan millimizin nəticəsinin təsadüfi olmadığı qənaətindədir:

“Yığmamız bu seçmə mərhələdə 6 oyunda qapısından 16 top buraxdı ki, bunun 5-i, yaxud da 1/3-i təkcə 1 matça - Fernandu Santuşun baş məşqçi olduğu İslandiya ilə səfər qarşılaşmasına düşür.

“Hesab-kitab”ı yaxşı bilənlər və ən əsası, vicdanın nə olmasını anlayanlar, indi deyin: bizim komandaya o, faydalıdır, yoxsa Ayxan?

“Fransa bizə hər iki oyunda 7-8 top vuracaq” deyə, komandanı məsxərəyə qoyanları Paris və Bakıdakı oyunların nəticələri çox pis vəziyyətə qoydu.

Gözlədikləri darmadağın olmadı, başladılar ki, Ayxan müdafiə futbolu oynadır. Ağlınıza keçə yamasınlar!

Fransaya qarşı hücum futbolu oynamalı idik? Özü də hər gün sosial şəbəkədə söydüyünüz Nəriman, Renat, Mahirlə?

Biz nə vaxt ultra-hücum futbolu oynamışıq ki, Ayxan da gəlib onu dəyişdi?”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti