FİFA prezidenti xəbər paylaşdl - Bu, növbəti dəfə Azərbaycanda təşkil olunacaq

23 Noyabr 22:30 Milli komanda 273
FİFA prezidenti xəbər paylaşdl - Bu, növbəti dəfə Azərbaycanda təşkil olunacaq

“FIFA series” turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq.

Sportinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabındakı paylaşımında məlumat verib

O yazıb: “2026-cı ilin mart və aprel aylarında beynəlxalq oyunlar pəncərəsi çərçivəsində “FIFA Series” turnirinin ilk genişmiqyaslı təşkilini təsdiqləməkdən məmnunam.

2024-cü ilin mart ayında keçirilmiş pilot turnirin uğuruna əsaslanaraq, bu layihə müxtəlif qitələrdən olan milli komandalara ənənəvi konfederasiya sərhədlərindən kənarda yarışmaq və əlaqə qurmaq üçün unikal platforma təqdim edir.

Kişilər arasında “FIFA Series” turniri Avstraliya, Azərbaycan, İndoneziya, Qazaxıstan, Mavriki, Puerto-Riko, Ruanda və Özbəkistanda keçiriləcək.

Qadınlar arasında “FIFA Series” isə debütünü Braziliya, Fil Dişi Sahili və Tailandda keçiriləcək oyunlarla edəcək. Bundan əlavə FIFA-nın digər üzv assosiasiyaları da ev sahibliyi etmək niyyətlərini açıqlayıblar".

2024-cü ildə “FIFA Series” turnirinə ev sahibliyi edən ölkələrdən biri də Azərbaycan olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 18:50 Çək və bizə göndər!
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!