
Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxacaq.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Fransanın qonağı olacaq.
Parisdəki “Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Fransa hazırda D qrupunda 6 xalla liderdir, Azərbaycan 1 xalla sonuncu - dördüncüdür.
Futbol sensasiyalarla doludur və millimiz bu gecə onlardan daha birinə imza ata bilsə… Böyük miqdarda pul qazanacaqlar!
Real götürsək, şansımız azdır, amma səfərdə əldə olunacaq 1 xal futbolçularımızı 30 min manat irəli salacaq. AFFA tərəfindən ödəniləcək mükafat bu rəqəmlə məhdudlaşmır.
İşdir-şayəd, Parisdə 3 xal əldə edilsə, qarşılığı 50 min manatdan aşağı olmayacaq. Bir sözlə, motivasiya üçün bir ciddi stimul var.
SPORTİNFO.AZ