“Azərbaycanla oyuna “100 faiz qələbə qazanacağıq” düşüncəsi ilə çıxmaq olmaz”

01:00 Milli komanda 141
“Azərbaycanla oyuna “100 faiz qələbə qazanacağıq” düşüncəsi ilə çıxmaq olmaz”

“Azərbaycan millisinin heyətində Çempionlar Liqasına yaxşı başlayan “Qarabağ”ın 7 futbolçusu var”.

Sportinfo.az xəbər verir ki, bunu mətbuat konfransında Fransa millisinin baş məşqçisi Didye Deşam deyib.

O, hədəflərinin sabah qələbə qazanmaq olduğunu vurğulayıb:

“Meydana “100 faiz qələbə qazanacağıq” düşüncəsi ilə çıxmaq olmaz. Bütün rəqiblərimizə hörmət edirik.

Azərbaycan millisi Ukrayna ilə ev matçında qazandığı nəticə (1:1) sayəsində milli ruha sahibdi. Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar.

Üstəlik, rəqibin heyətində Çempionlar Liqasında uğurlu start götürən “Qarabağ”ın 7 futbolçusu yer alıb.

Rəqib komanda maksimum yaxşı müdafiə olunmağa çalışacaq. Hazırda yalnız sabahkı qarşılaşmanı fikirləşirik”.

Fransa – Azərbaycan görüşü oktyabrın 10-da “Park de Prens” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 18:10 Çək və bizə göndər!